
Türkiyənin Van vilayətində etiraz aksiyaları başlayıb.
Yeniavaz.com xəbər verir ki, etiraz edən vətəndaşlara polis bibər qazı ilə müdaxilə edib.
Etiraza səbəb Van İl Seçki Qurumunun yüzdə 55 səs toplayan Abdullah Zeydanın yerinə AKP-dən olan ikinci namizəd Əbdüləhat Arvasın bələdiyyə sədri təyin edilməsi qərarı olub.
Qərarın verilmə səbəbi kimi cümə günü Ədalət Nazirliyinin Zeydanın namizəd ola bilməyəcəyinə dair qərar çıxarması göstərilir.
Abdullah Zeydanın üzv olduğu DEM Partiyası İl binası qarşısında keçirilən aksiyada Abdullah Zeydan və DEM üzvləri iştirak edib.
Tətbiqimizi yükləyə bilərsiniz