“Belarus müharibəyə hazırlaşır” – Lukaşenko


“Belarus döyüşmək istəmir, amma müharibəyə hazırlaşır”.
Yeniavaz.com
“Belta”ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Qrodnoya işgüzar səfəri zamanı deyib.
“Bizim döyüşmək istədiyimizi deyənlərə inanmayın. Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. “Sülh istəyirsənsə, müharibəyə hazırlaş” - bunu mən icad etməmişəm. Bu, çox düzgün deyilib”, - Lukaşenko bildirib.
Onun sözlərinə görə, Belarusda müvafiq bölmələr hazırlanır, qoşunlara müxtəlif növ silah və texnika verilir:
“Dost olmayan ölkələrdən kimsə qışqırır və bizi tənqid edirsə, bilin ki, biz düzgün iş görürük. Əgər orada bizi tərifləməyə başlasalar, bu, fəlakətdir. Biz kimisə hədələmək istəmirik. Biz başqasının torpağını istəmirik. Allah kömək olsun, biz bunu emal edək”.

DİGƏR XƏBƏRLƏR

Top