
Ötən il Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar 6 milyard 658 milyon 68 min dollar, Azərbaycandan xarici ölkələrə yönəldilən birbaşa investisyalar isə 3 milyard 117 milyon 441 min dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xarici ölklərin Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyalar əvvəlki illə müqayisədə ötən il 6,1% və ya 382 milyon dollar artıb.
Azərbaycandan xarici ölkələrə yönəldilən birbaşa investisyalar isə əvvəlki illə müqayisədə ötən il 2,7 dəfə və ya 1 milyard 965 milyon dollar artıb.
Ötən il Azərbaycan iqtisadiyyatına ən çox Böyük Britaniya investisya yatırıb. Ümumi investisyaların 27,9%-i və ya 1,86 milyard dolları Böyük Britaniyanın payına düşüb. Türkiyə 19,6%-lik payla (1,3 milyard dolar) ikinci olub.
Azərbaycan isə ötən il ən çox Türkiyə iqtisadiyyatına investisya yatırıb. Azərbaycan ümumi investisyaların 58,2%-i və ya 1,82 milyard dollarını Türkiyə iqtisadiyyatına yönəldib.
Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölklərin və Azərbaycanın ən çox investisiya yatırdığı ölkələrin siyahısı belə olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz