Türkiyədə baş verən yanğında ölənlərin sayı artıb.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, binanın klub kimi istifadə olunan mənfi 1-ci və mənfi 2-ci mərtəbələrində baş verən yanğına yanğınsöndürənlər 31 texnika və 86 canlı qüvvə ilə cəlb olunub.
Yanğın nəticəsində 27 nəfərin həyatını itirdiyi, xəstəxanaya yerləşdirilən ağır yaralının müalicəsinin davam etdiyi açıqlanıb.
İstanbul valisi Davud Gül Beşiktaşda 16 mərtəbəli binanın altındakı əyləncə mərkəzində baş verən yanğınla bağlı hadisə yerinə baxış keçirib.
Yanğının səbəbinin dəqiq olmadığını və yanğınsöndürmə briqadasının səbəblə bağlı çalışdığını bildirən Gül yanğının binanın altında diskoteka kimi istifadə edilən yerdə baş verdiyini bildirib.
Ədliyyə naziri Yılmaz Tunç sosial media hesabından hadisə ilə bağlı açıqlama verib:
“Yanğınla bağlı İstanbul Respublika Prokurorluğu tərəfindən məhkəmə istintaqı başlayıb və 3 dövlət ittihamçısı təyin edilib. 3-ü iş yeri məmuru, məsul müdir və 1-i təmirdən məsul olmaqla cəmi 5 şübhəli haqqında həbs qərarı çıxarılıb”.
Tunç istintaqın davam etdiyini bildirib.
***16:54
İstanbulun Beşiktaş rayonunda şiddətli yanğın olub.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, hadisə Qayrettəpə məhəlləsində yerləşən 16 mərtəbəli binada baş verib.
Bildirilib ki, yanğın yanğınsöndürmə briqadalarının intensiv müdaxiləsi ilə söndürülüb.
Qeyd olunub ki, yanğında 15 nəfər həyatını itirib, 7-si ağır olmaqla 8 nəfər yaralanıb.
İstanbul Valiliyi hadisə ilə bağlı istintaq başladıldığını açıqlayıb.