
Finlandiyanın Vantaa vilayətinin Viertola rayonunda məktəbdə atışma baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Finlandiya polisinin sözçüsü İlkka Koskimaki məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerli vaxtla səhər saat 9 radələrində baş verib.
Sözçü hadisə nəticəsində 1 uşağın öldüyünü, 2 uşağın yaralanıdığını bildirib.
“Məktəbdə baş verən atışma nəticəsində 12 yaşlı uşaq ölüb. Digər 2 uşaq isə ağır yaralanıb. Şübhəli şəxs də yeniyetmədir”, - deyə polis sözçüsü bildirib.
Hüquq-mühafizə orqanları hadisənin iştirakçılarının 13 yaşlarında olduğunu qeyd edib.
Polisin məlumatına görə, şübhəli şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz