
İsrail Qəzza zolağında hərbi əməliyyatlara başlayandan bəri həlak olan fələstinlilərin sayı 33 minə yaxınlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Ötən ilin oktyabr ayından Qəzzada İsrailin təcavüzü qurbanlarının sayı 32 min 916 nəfərə yüksəlib, 75 min 494 nəfər isə yaralanıb”, - məlumatda bildirilir.
Qəzza Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, təkcə son 24 saat ərzində anklavda 71 nəfər ölüb, 102 nəfər yaralanıb.
Ölənlərin bəzilərinin cəsədləri dağıntılar altındadır? xilasedicilər və həkimlər hələ onlara çata bilmirlər.