1 yaşlı övladına canlı yayımda siqaret çəkdirən ata saxlanıldı – Foto


Sosial şəbəkələrdə canlı yayımda uşağa tütün məmulatları çəkdirilməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.
“Bir yaşlı körpəyə siqaret çəkdirib sosial şəbəkələrdə auditoriya toplayan ata saxlanılıb. Əlavə izahı yoxdur. Peşimanam, deyir. Onun barəsində qanunvericiliyə uyğun tədbir görülüb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top