Ukrayna Rusiyada “Shahed”lərin hazırlandığı zavodu vurdu – Video


Ukrayna Rusiyanın Tatarıstan Respublikası ərazisində “Shahed” pilotsuz təyyarələrinin hazırlandığı zavoda hücum edib.
Yeniavaz.com
UNİAN-a istinadla xəbər verir ki, hücum Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı nəticəsində həyata keçirilib.
Ukrayna sərhədindən min kilometr məsafədə Tatarıstanın Yelabuqa şəhərində yerləşən zavodda Rusiyada “Geran-2” adlandırılan “Shahed” tipli kamikadze dronlar hazırlanıb.
TASS-ın məlumatına görə, pilotsuz uçuş aparatları Yelabuqa zavoduna ilk dəfə hücum edib. Hücum aprelin 2-də səhər saatlarında baş verib. Hücum nəticəsində zavodun korpuslarından birinə və yataqxanaya ziyan dəyib.  
PUA hücumu nəticəsində yüngül və orta ağır olmaqla 7 nəfər yaralanıb. 4 nəfər həkimlər tərəfindən müayinə olunduqdan sonra evə buraxılıb, 3 nəfər xəstəxanaya yerləşdirilib.
Eyni vaxtda Tatarıstanın Nijnekamsk şəhərindəki neft emalı zavoduna da hücum olub. Hücum nəticəsində tələfat və dağıntı olmayıb. Elektron döyüş sistemi hücum edən pilotsuz təyyarəni zərərsizləşdirib.
“Nə yanğın, nə dağıntı, nə də itki yoxdur. Bütün xidmətlər tam nəzarət altındadır”, - deyə Nijnekamsk şəhər rəhbərliyi məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top