“OpenAI” şirkəti onun “ChatGPT” çatbotundan indi qeydiyyat olmadan da istifadə etmək mümkün olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.
“Bu gündən etibarən siz qeydiyyatdan keçmədən də “ChatGPT”dən istifadə edə bilərsiniz”, - şirkətin məlumatında qeyd edilib.
“OpenAI” həmçinin bir istifadəçi tərəfindən “ChatGPT”yə göndərilən sorğular haqqında məlumatların toplanmasının dayandırılması üçün yeni funksiya əlavə edildiyini bildirib. Şirkət bu funksiyanın çatbotun imkanlarını inkişaf etdirmək üçün əlavə edildiyini vurğulayıb.
“İndi həm qeydiyyatdan keçmiş, həm də qeydiyyatdan keçməmiş istifadəçilər onu söndürə bilər”, - məlumatda bildirilib.
Bundan əlavə, çatbot tərəfindən yaradılan məzmun sahəsində təhlükəsizlik tədbirləri gücləndirilib, o cümlədən bloklanmaya məruz qalan kateqoriyaların siyahısı genişləndirilib.