İki rayonda qaz kəsiləcək


Bu gün Binəqədi və Bərdə rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, “Bərdə” ölçü qovşağından qidalanan Divanlı kənd məktəbinin qaz xətlərinin şəbəkəyə qoşulması, həmçinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində "COP-29" Proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə aprelin 2-də saat 10:00-dən qaz təchizatının dayandırılması planlaşdırılır:
“Təmir-quraşdırma işləri görülən müddətdə Bərdə rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, eləcə də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”.

DİGƏR XƏBƏRLƏR

Top