
ABŞ Prezidenti Co Baydenin administrasiyasının İranın Dəməşqdəki konsulluğuna gözlənilən hücumdan xəbəri olmayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “NBC News” məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Amerika Prezident administrasiyası İrana məlumat verib ki, ABŞ İranın Dəməşqdəki konsulluğuna hücumdan xəbəri olmayıb və bu hücumda iştirak etməyib.
Digər iki ABŞ rəsmisi isə telekanala bildirib ki, Bayden administrasiyası Suriya əməliyyatı barədə xəbəri İsrail təyyarələri artıq havada olarkən alıb. Bununla belə, Vaşinqton hansı hədəfin seçildiyini bilməyib.
Qeyd edək ki, aprelin 1-də SANA agentliyi İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdə bir evə zərbələr endirdiyini xəbər verib. Daha sonra İran mediası Suriya paytaxtının qərbində Mezze prospektində yerləşən İran konsulluğunun binasının atəşə tutulduğunu bildirib. İranın Ərəb Respublikasındakı səfiri Hüseyn Əkbərinin sözlərinə görə, hücumda 11 nəfər həlak olub. Öz növbəsində İslam İnqilabı Keşikçiləri Korpusu isə (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi də daxil olmaqla, yeddi hərbi məsləhətçi və beş zabitin həlak olması barədə məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani Tehranın qarşı tərəfi necə cəzalandıracağına qərar verəcəyini bəyan edib.
İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi isə brifinqdə İsrail hərbçilərinin Dəməşqə zərbə endirməsi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
Tətbiqimizi yükləyə bilərsiniz