Yaponiya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri təxminən 239 min insanın yaşadığı Haçinohe şəhərindən 37 km cənub-şərqdə yerləşib. Ocaq 59 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi barədə məlumat verilməyib.