“Crocus City Hall”a hücumla bağlı onuncu müttəhim həbs edildi


Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall” konsert zalına hücum etməkdə təqsirləndirilən onuncu şəxsi, Tacikistan vətəndaşı Yakubconi Yusufzoda həbs edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.
“Məhkəmə İstintaq Komitəsinin müstəntiqinin vəsatətinin təmin edilməsi, Yusufzoda barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib”, - hakim Nataliya Dudar qərarı elan edib.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs terror aktından bir neçə gün əvvəl terrorçuları yaşayış yeri ilə təmin etmək üçün bank kartından şərikinə pul köçürüb. O, cinayət törədildikdən sonra pulun bir hissəsini cinayətkarlardan birinə köçürüb. Yusufzoda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə ittiham edilib (bir qrup şəxs tərəfindən törədilmiş, insanın ölümü ilə nəticələnən terror aktı). Onu ömürlük həbs gözləyir.
Beləliklə, hazırda istintaq on müttəhimə qarşı ittiham irəli sürüb.

DİGƏR XƏBƏRLƏR

Top