
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) briqada generalı Məhəmməd Rza Zahedi İsrailin Suriyanın paytaxtında İran konsulluğuna endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Livan təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, Zahedi 2007-ci ildə Tehranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının sanksiyalar tətbiq etdiyi şəxslər siyahısındadır.
Qeyd edək ki, İranın SNN telekanalının məlumatına görə, konsulluğun binası və İran səfirinin iqamətgahı atəşə tutulub. Öz növbəsində “Tasnim” agentliyi 6 nəfərin partlayışın qurbanı olduğunu bildirib.
***19:19
İsrail Suriyanın Dəməşq şəhərinə hücum edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin hava hücumundan müdafiə qüvvələri hücumu dəf edib.
Bildirilir ki, partlayışlar Suriya paytaxtının kənarında baş verib.
Respublikanın hakimiyyət orqanları baş verənlərlə bağlı məlumatı şərh etməyiblər.
“Sham FM” radiostansiyasının məlumata görə, Mezze prospekti ərazisində İran səfirliyinə bitişik bina atəşə tutulub. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz