KTMT Paşinyana cavab verdi


“KTMT Ermənistanın sərhədləri daxilindəki ərazini bu ölkənin suveren ərazisi kimi tanıyır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından RBC-yə bildirilib.
Təşkilat qeyd edib ki, “məsuliyyət zonası” kifayət qədər mürəkkəbdir ifadədir və əsaslı cavab almaqdan daha çox diqqəti respublikadakı vəziyyətə cəlb etmək məqsədi daşıyır:
“2010-cu ildə KTMT tərəfindən imzalanmış qarşılıqlı fəaliyyət prinsipləri haqqında sazişə uyğun olaraq, “məsuliyyət zonası” üzv dövlətlərin suveren ərazisidir. KTMT-nin məsuliyyət zonası Ermənistan və onun qonşuları arasında razılaşdırılmış dövlət sərhədinin keçdiyi yerdə bitir”.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, əgər təşkilat “KTMT-nin Ermənistanda “məsuliyyət zonası” hyaradır” sualına cavab verməsə, İrəvan KTMT-dən çıxacaq.

DİGƏR XƏBƏRLƏR

Top