Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, nazirlər Qara dəniz hövzəsində gəmiçilik təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə ediblər.
“Aprelin 1-də baş tutan telefon danışığı zamanı regional məsələlər və Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub”, - məlumatda deyilir.