“Trabzonspor”la oyundakı insidentə görə “Fənərbağça” futbolçularına intizam işi açıldı


Türkiyə Futbol Federasiyası (TFF) intizam işi açılması üçün “Fənərbağça” klubunun üç futbolçusu ilə bağlı Peşəkar Futbol İntizam Şurasına (PFDK) bildiriş göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TFF-nin rəsmi saytında məlumat verilib.
Məlumata görə, intizam işi martın 17-də “Trabzonspor”-“Fənərbağça” oyununda baş verən insidentə görə açılıb. Belə ki, insidentlə bağlı “Fənərbağça” klubunun futbolçuları Brayt Osayi-Samuel, Ceyden Oostervolde və İrfan Can Eğribayat intizam işinə cəlb edilib.
TFF-dən verilən məlumata görə, Osayi-Samuelə “Trabzonspor”-“Fənərbağça” matçında davada iştitrak etdiyinə görə intizam işi açılıb. Oostervolde və Eğribayat isə həm davada iştirak etdiyinə, həm də idmana uyğun olmayan hərəkətə yol verdiyinə görə intizam işinə cəlb edilib.
“Fənərbağça” klubunun rəsmiləri Kürşat Çiftlik və Okan Özkana da eyni matçdakı davada iştirak etdiklərinə görə intizam cəzası kəsilib.
“Trabzonspor” klubunun məşqçi heyətinin üzvü Egemen Korkmazla bağlı da davada iştirak etdiyinə görə PFDK-ya bildiriş göndərilib.
Qeyd edək ki, oyundan sonra meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident baş verib. Tərəfdarlar final fitindən sonra qələbəni qeyd edən oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Oyun “Fənərbağça”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top