Moskvada bomba təhlükəsi ilə əlaqədar üç mindən çox tələbə təxliyə edildi


Rusiya paytaxtında partlayış təhlükəsi ilə əlaqədar bir neçə universitetdən tələbələr təxliyə edilib.
Yeniavaz.com
“Shot” Teleqram kanalına istinadla xəbər verir ki, partlayış təhlükəsi ilə əlaqədar Moskvada bir neçə universitetdən 3 mindən çox tələbə təxliyə edilib. Teleqram kanalında dərc olunan məlumata görə, təxliyə D. İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetini, N. E. Bauman adına Moskva Dövlət Texniki Universitetini, Rusiya Nəqliyyat Universitetini və Moskva Dövlət Pedaqoji Universitetini əhatə edib.
Rusiya Kimya-Texnologiya Universitetinin rəhbərliyinə daxil olan anonim məlumat əsasında 2300 tələbənin təxliyəsi barədə qərar qəbul edilib. Partlayıcı maddələrin olması ilə bağlı anonim məlumatı daha üç paytaxt universitetinin rəhbərliyi də alıb.
Hazırda daxil olan məlumat hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır. Hələlik partlayıcı qurğunun olması ilə bağlı rəsmi məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top