Son bir ildə Azərbaycanda un 30%, çörək isə cəmi 5% ucuzlaşıb – Rəsmi


Bu ilin mart ayı ərzində Azərbaycanda unun topdansatış qiymətində ucuzlaşma olub.
Yeniavaz.com
xəbər verir ki, ayın 28-də açıqlanan sonuncu məlumata görə, Azərbaycanda topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,1-27,7 manat arasında dəyişib.
50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 25,1 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 27,7 manata “Azeri-Arapoğlu U.S və T.LTD” BM satıb.
Qeyd edək ki, fevral ayının sonunda topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,4-28 manat arasında dəyişib.

Məlumat üçün qeyd edək ki, ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda unun qiyməti davamlı olaraq aşağı düşür. Belə ki, ötən ilin əvvəlində Azərbaycanda 50 kiloqramlıq unun kisəsi 38-39 manata satılıb.
Diqqət çəkən məqamlardan biri odur ki, ötən ilin əvvəlindən bu günə kimi unun qiymətində 30%-ə yaxın ucuzlaşma olsa da, çörəyin qiymətində ucuzlaşma daha az olub. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvar-fevral aylarında çörəyin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 4,6% aşağı düşüb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top