“Biz inanırıq ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”

 
“Biz inanırıq ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Todo Noticias” portalında dərc olunmuş müsahibəsində bildirib.
Ermənistan XİN başçısı müsahibəsində Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə, həmçinin Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinə də toxunub.
“Çətinliklər var, problemlər var, lakin biz inanırıq ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür. Müqavilənin imzalanmasından danışarkən, razılaşdırılmalı olan vacib məqamlar var. Onların arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədin demarkasiyası var”, - nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top