
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 14 min 924 baş eşşək mövcud olub.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, ötən bir il ərzində eşşəklərin sayı 24,5% və ya 5 096 baş azalıb.
Açıqlanan rəsmi məlumatlar göstərir ki, son illər ərzində Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Son 17 ildə – 2008-2024-cü illərdə Azərbaycanda eşşəklərin sayı 3 dəfədən çox azalaraq 47,2 mindən 14,9 min başa düşüb. Statistik göstəriclərdən belə görülür ki, son 17 ildə eşşəklərin sayı hər il orta hesabla 1,9 min baş azalıb. Əgər azalma tempi bu cür davam edərsə növbəti 8 ildə Azərbaycanda eşşək qalmayacaq.
Son 17 ildə eşşəklərin sayı aşağıdakı kimi olub:

2021-ci ilin əvvəlində Bakı şəhərində (Xəzər rayonu) qeydə alınan 3 eşşək, 2022-ci ilin əvvəlində olmayıb. Ötən ilin əvvəlində isə Sabunçu rayonunda 2 eşşək qeydə alınıb. Bu ilin əvvəlinə olan məlumatda isə Sabunçu rayonunda eşşəklərin sayı 4-ə yükəslib.
Onu da bildirək ki, son 9 ildə Bakı şəhərində eşşəklərin sayı aşağıdakı kimi olub:

Məlumat üçün bildirək ki, Azərbaycanda ən çox eşşəyin olduğu rayon Lerik rayonu olub – 1 362 baş. Ən az eşşəyin olduğu rayon isə Ucar rayonu olub – 1 baş.
İşağal altında olan torpaqlar azad olundqudan – 2020-ci ildən sonra Kəlbəcər, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında da eşşəklər qeydə alınıb.
Açıqlanan məlumatlardan belə görünür ki, son bir ildə eşşəklərin sayı ən çox Naxçıvan Muxtar Respublikasında azalıb. Ötən ilin əvvəlinə olan məlumatda ölkədə ən çox eşşək Şahbuz rayonunda qeydə alındığı halda bu ilin əvvəlində kəskin azalma olub. Şahbuz rayonunda eşşəklərin sayı 10 dəfə azalaraq 1 717 başdan 175 başa düşüb. Son bir ildə ümumilikdə Naxçıvan Muxtar Respublikasında eşşəklərin sayı 4,6 dəfə azalaraq 4 625 başdan 1 005 başa düşüb.
Azərbaycanın şəhər və rayonlarında eşşəklərin sayı belə olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz