“Ermənistan ABŞ və Avropanı özünün əsas tərəfdaşları hesab edir, lakin bu, xarici siyasətdə dönüş demək deyil”.
Yeniavaz.com xəbər verir ki. bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Todos Noticias” portalında dərc olunan müsahibəsində bildirib.
“Biz demokratik ölkəyik və demokratik institutları gücləndirmək istəyirik. Biz görürük ki, məsələn, ABŞ və Avropa İttifaqı əsas tərəfdaşlardır. İndi biz Brüssel və Vaşinqtonla iqtisadi və siyasi əlaqələri dərinləşdiririk. Mən bunu xarici siyasətdə dönüş adlandırmazdım, ancaq biz çalışırıq ki, demokratik yol və institutlarla təhlükəsizliyimizi və inkişafımızı təmin edək və bunun üçün biz Qərbdə yaxşı tərəfdaşların olduğunu görürük”, - Mirzoyan bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, aprelin 5-nə planlaşdırılan Ermənistan-Aİ-ABŞ görüşü Moskvada narahatlıq doğurur, çünki Vaşinqton və Brüssel bu görüşün anti-Rusiya oriyentasiyasından açıq danışır.