
“14-28 may seçkilərindəki qələbəmizdən 9 ay sonra, təəssüf ki, yerli seçki imtahanında istədiyimiz və ümid etdiyimiz nəticəni ala bilmədik”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrinə dair çıxışında Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
“Hələ yekunlaşmasa da, seçki qutusunun nəticələri bizə göstərir ki, bütün ölkəmiz boyu üstünlüyümüzü müəyyən qədər itirmişik. Təbii ki, bu azalmanın səbəblərini də yerli əsasda müzakirə edəcəyik. Harada uduzmuşuq, geri qalmışıq, səbəbləri çox yaxşı müəyyən edib lazımi müdaxilələri edəcəyik”, - deyə Ərdoğan bildirib.
“Amma biz heç bir halda millətimizin qərarına hörmətsizlik etməyəcəyik. İndiyə qədər etdiyimiz kimi, millətlə inadkarlıq etməkdən, milli iradəyə zidd hərəkət etməkdən, millətin təqdirini şübhə altına almaqdan uzaq olacağıq. Millətin sandıq başına verdiyi mesajları ən doğru və obyektiv şəkildə, ağıl və vicdan tərəzisindən keçirərək mütləq lazımi addımları atacağıq. Bunun üçün qarşımızda təxminən 4-5 il var. Bu müddət ərzində səhvlərimizi düzəldəcəyik. Biz çatışmazlıqlarımızı mütləq tamamlayacağıq. Biz həqiqətlərimizin sayını artıracağıq. Növbəti seçkilərə qədər olan dövrü hər sahədə yeniləndiyimiz, səhvlərimizin əvəzini çıxdığımız hərtərəfli hesabat meydanına çevirəcəyik”, - Türkiyə Prezidenti deyib.