Türkiyədə 32 vilayətdə seçki başa çatdı


Xəbər verdiyimiz kimi, Türkiyədə yerli idarəetmə orqanlarına seçkilər keçirilir.
Yeniavaz.com
xəbər verir ki, səsvermənin yerli vaxtla 07:00-da (Bakı vaxtı ilə 08:00) başladığı 32 vilayətdə sandıqlar bağlanıb.
Sözügedən vilayətlərdə səslərin sayılmasına başlanılıb.
Böyük şəhərlərdə müvafiq olaaraq Böyükşəhər Bələdiyyə başçısı, bələdiyyə başçısı, bələdiyyə məclisi üzvü və muxtar; digər vilayətlərdə isə bələdiyyə başçısı, bələdiyyə məclisi üzvlüyü, vilayət məclisi üzvlüyü və muxtar seçkiləri üçün bülletenlər sayılacaq.
Səsvermənin saat 08:00-da (Bakı vaxtı ilə 09:00) başladığı digər əyalətlərdə isə seçki məntəqələri saat 17:00-da bağlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top