Qəzzada ölü və yaralıların ümumi sayı 110 minə çatır


İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatların başlamasından indiyədək 32,8 min fələstinli həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin rəsmi “Telegram” kanalında dərc olunan bəyanatda deyilir:
“Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı 32 min 782 nəfərə çatıb, ən azı 75 min 298 nəfər yaralanıb”.
Bildirilib ki, son 24 saat ərzində anklavda 77 nəfər ölüb, daha 108 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top