
Xəbər verdiyimiz kimi, Türkiyədə yerli idarəetmə orqanlarına rəhbər seçkiləri keçirilir.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, ölkənin Diyarbakır vilayətində muxtar seçkiləri səbəbilə iki qrup arasında toqquşma baş verib.
Sur rayonunun Ağaçlıdere məhəlləsində baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Hadisə yerinə jandarma və səhiyyə qrupları cəlb edilib, asayiş bərpa olunub.
Tətbiqimizi yükləyə bilərsiniz