
Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi Xocalıda yeni salınan Şəhidlər xiyabanında dəfn edilib.
Yeniavaz.com AZƏRTAC-a istinadla xəbər verir ki, dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Bərdə rayonunda məcburi köçkünlər üçün salınmış şəhərcikdə vida mərasimi baş tutub.
Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan 7 nəfər Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn edilən şəxslər aşağıdakılardır:
1. Əliyev Ağaəli Naib oğlu – Təvəllüdü: 01.06.1933-cü il
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il
3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il
4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935
5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il
6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il
7. Nəcəfov Şiraslan Qəmiş oğlu – 1952.
Tətbiqimizi yükləyə bilərsiniz