On minlərlə insan London küçələrində Qəzzada atəşkəs tələb etdi


Londonun mərkəzində Qəzza zolağında atəşkəs tələbi ilə kütləvi mitinq keçirilib.
Yeniavaz.com
“Sky News”a istinadən xəbər verir ki, hesablamalara görə, mitinqdə on minlərlə insan iştirak edib.
Əllərində Fələstin bayraqları olan fəallar “Fələstinə Azadlıq”, “İndi atəşkəs” və “İsrail terror dövlətidir” şüarları səsləndirərək Trafalqar meydanına doğru yürüş edib. Aksiya təşkilatçıları, o cümlədən Britaniya həmkarlar ittifaqları, parlamentdə təmsil olunmayan ifrat solçu partiyalar və tələbə qrupları da krallıq hökumətini İsrailə silah satışına qadağa qoymağa çağırıb. İndiyədək ictimai asayişin pozulması halları qeydə alınmayıb.
Qeyd edək ki, belə tədbirlər Londonda demək olar ki, hər həftə keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top