Həftənin ilk günü bu ərazidə qaz kəsiləcək


Aprelin 1-də Sumqayıt şəhərində 5 300 abonenetə təbii qazın verilişində fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, buna səbəb şəhərin Köhnə Corat və Təzə Corat qəsəbələri ərazisində qeyri-qanuni birləşmələrin ləğvi, “Təmiz Qaz” QSC-nin aşkar etdiyi qaz sızmalarının aradan qaldırılmasıdır. Odur ki, bazar ertəsi saat 10:00-dan işlər yekunlaşana qədər qaz təchizatında məhdudiyyətlər olacaq.

DİGƏR XƏBƏRLƏR

Top