
“Crocus City Hall”da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 551 nəfərə çatıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“30 mart 2024-cü il saat 06:00-a olan məlumata görə, terror aktı nəticəsində 551 nəfər (o cümlədən 15 uşaq) xəsarət alıb, 144 nəfər (o cümlədən 5 uşaq) həlak olub”, - məlumatda bidirilib.
Məlumata görə, xəsarət alanların əksəriyyəti ambulator müalicəyə göndərilib.
Tətbiqimizi yükləyə bilərsiniz