Qızıl Aypara eskalasiya başlayandan Qəzzada 26 əməkdaşının itirib


Fələstin Qızıl Aypara Cəmiyyəti 2023-cü ilin oktyabrında İsrail və Fələstin arasında münaqişənin şiddətlənməyə başlamasından bəri 26 əməkdaşının öldüyünü bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təşkilat “X” sosial şəbəkə hesabında  məlumat yayıb.
“Qəzzada müharibə başlayandan bəri komandalarımız 26 üzvünü itirib, onlardan 15-i humanitar funksiyaları yerinə yetirərkən və qorunan Qızıl Aypara emblemində olarkən işğalçı qüvvələrin hücumuna məruz qalıb”, - təşkilat bildirib.
Qeyd edək ki, bundan əvvəl Fələstin Qızıl Aypara Cəmiyyəti 2023-cü ilin oktyabrından bu yana bölgədə ümumilikdə 364 tibb işçisinin öldüyünü bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top