
Ötən gün Xankəndi şəhəri ərazisində silah-sursat aşkarlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 29-da Xankəndi şəhəri ərazisindən ümumilikdə 5 avtomat silahı, 2 tapança, 1 tüfəng, 11 qumbara, 8 alışdırıcı, 19 patron darağı, 4263 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz