“ABŞ Kiyevə lazım olan hərbi yardımı verməsə, Ukrayna Silahlı Qüvvələri davamlı olaraq geri çəkiləcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Washington Post”un köşə yazarı Devid İqnateslə söhbətində deyib.
“ABŞ-ın dəstəyi olmasa, bu o deməkdir ki, bizdə hava hücumundan müdafiə, Patriot zenit-raket sistemləri, 155 mm-lik artilleriya mərmiləri olmayacaq. Bu o deməkdir ki, biz addım-addım, kiçik addımlarla geri çəkiləcəyik”, - prezident bildirib.
Zelenski Ukraynanın hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının tükəndiyini də vurğulayıb:
"Bu doğrudur. Konqresin dəstəyi olmasa, bizdə böyük raket çatışmazlığı yaranacaq. Bu problemdir. Biz öz hava hücumundan müdafiə sistemlərimizin sayını artırırıq, lakin bu kifayət deyil”.