““Crocus City Hall”da terror aktı törətməkdə təqsirləndirilən şəxslər bildiriblər ki, onların həm hazırlıq zamanı, həm də hücumdan sonra teleqramda özünü onlara təxəllüslə təqdim edən şəxs tərəfindən təlimat alıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
İstintaq Komitəsi iddia edir ki, təqsirləndirilən şəxslər koordinatordan səsli mesajlar alıblar:
“Hücumdan sonra onun göstərişi ilə onlar Kiyevə gəlmək və vəd etdikləri mükafatı almaq üçün Rusiya-Ukrayna sərhədinə doğru hərəkət ediblər”.
Xatırladaq ki, bundan əvvəl İstintaq Komitəsi təhqiqatın ilkin nəticələri barədə məlumat verərək, istintaqda cinayətkarların terror aktı hazırlamaq üçün Ukraynadan xeyli miqdarda pul və kriptovalyuta alması barədə məlumatın olduğunu bildirmişdi. Bundan əlavə, departamentin bildirdiyinə görə, istintaq təqsirləndirilən şəxsin Ukrayna millətçiləri ilə əlaqəsinə dair sübutlar əldə edib.