“Tacikistanda “Crocus”dakı terror aktı ilə əlaqədar 9 nəfər saxlanılıb” – “Reuters”

“crocus”da yaralananların sayı 360-a çatdı
“Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları “Crocus City Hall” və “Xorasanda İslam Dövləti” qruplaşmasının terror aktı ilə bağlı şübhəli şəxslərlə əlaqəsi olduğu iddia edilən 9 nəfəri saxlayıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tacikistanın təhlükəsizlik güclərindəki mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, 9 nəfərin hamısı martın 25-də Vəhdət şəhərində saxlanılaraq Düşənbəyə aparılıb.
Xatırladaq ki, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində son rəsmi məlumatlara görə, 143 nəfər həlak olub. Daha 382 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top