“102-ci hərbi baza Ermənistanın suverenliyinin yeganə real təminatıdır” – Rusiya XİN


“Rusiya Federasiyasının 102-ci hərbi bazasının Ermənistanda olması respublikanın suverenliyinin yeganə real təminatıdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qurum bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi ilə hazırlanmış “Aİ ilə Ermənistan arasında münasibətlərin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” hesabatını şərh edərkən bəyan edib.
“Təhlükəsizliklə bağlı təkliflər sağlam düşüncəyə tamamilə ziddir. 102-ci Rusiya hərbi bazası və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır. Onların çıxarılmasının respublikanın hərbi potensialını hansısa formada gücləndirəcəyi fikri təhlükəli demaqogiyadır. Bizi bu gün mövcud təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edən Qərb bunun müqabilində konkret heç nə təklif etmir”, - Rusiya diplomatik xidməti qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top