Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılıq etdiyi yeni hökumətin tərkibini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.
Məlumata görə, yeni hökumətin tərkibinə xarici işlər və emiqrasiya üzrə dövlət naziri təyin edilmiş erməni Varsen Ağabekyan da daxil olub.
Məhəmməd Mustafa yeni kabinetdə baş nazir postu ilə yanaşı, xarici işlər naziri postunu da tutub.
Yeni hökumətin martın 31-də fəaliyyətə başlayacağı gözlənilir.