TƏBİB: “Kontrast maddəsi ilə bağlı hər hansı çatışmazlıq mövcud deyil” – Yenilənib


“TƏBİB tabeliyində fəaliyyət göstərən sözügedən müayinələri icra edən dövlət tibb müəssisələrində kontrast maddəsi ilə təminat və təchizatla bağlı hər hansı çatışmazlıq mövcud deyil”.
Bu barədə Yeniavaz.com-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, tələbata uyğun olaraq müəssisələr tam təmin olunur.

***12:47
“Kontrastlı KT, angioqrafiya və bir çox kontrastlı rentgen müayinələrində istifadə edilən “Ultravist” kontrast maddəsi həm dövlət, həm də özəl tibb müəssisələrində yoxa çıxıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev özünün sosial şəbəkə hesabında yazıb.
“Yəni, indi hansısa bir xəstədə miokard infarktı xəstəliyinə ciddi şübhə varsa və həmin xəstəyə həyati göstərişlə, təcili olaraq Koronar angioqrafiya müayinəsi lazımdırsa, müayinə etmək mümkün olmayacaq və o xəstə həyatını itirə bilər. Bu necə tibb idarəçiliyidir?” – A. Əliyev bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top