Kristofer Nolana “cəngavər” rütbəsi veriləcək


Britaniyalı rejissor Kristofer Nolan kino sahəsindəki xidmətlərinə görə “cəngavər” rütbəsi alacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti Britaniya hökumətinin sənədlərinə istinadla məlumat yayıb.
Məlumata görə, hazırda 53 yaşı olan “Oskar” mükafatlı rejissorun “cəngavər-bakalavr” rütbəsi alacağı və ona fəxri “ser” rütbəsi veriləcəyi bildirilir. Öz növbəsində Nolanın həyat yoldaşı, prodüser Emma Tomas da “dama-komandor” rütbəsinə (“Britaniya İmperiyası” ordeninin ikinci kateqoriyasıdır) layiq görüləcək və bu, sahibinə fəxri “dama” rütbəsini bəxş edəcək.
Qeyd edək ki, Amerika Kino Akadeniyasının 96-cı “Oskar” Mükafatlandırma Mərasimində Kristofer Nolanın “Oppenheimer” filmi yeddi nominasiyada “Oskar” alıb. Film “ən yaxşı film”, “ən yaxşı aktyor”, “ən yaxşı ikinci plan aktyoru”, “ən yaxşı montaj”, “ən yaxşı operator işi”, “ən yaxşı ssenari” və “ən yaxşı rejissor” nominasiyalarında birinci olub.
Nolan bu filmə görə 100 milyon dollardan bir qədər az qazanıb. Bu məbləğə qonorarlar, xərclər üçün kompensasiya, kassa gəlirlərinin faizi və 2024-cü il “Oskar” mükafatını qazanmaq üçün bonus daxildir.
Hazırda o, yeni film üzərində işləyir.

DİGƏR XƏBƏRLƏR

Top