“Avropa İttifaqına (Aİ) namizəd statusunun əldə edilməsi Ermənistan üçün ən düzgün və arzuolunan variantdır”.
Yeniavaz.com “İnterfaks”a istinadla xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan bildirib.
“Bizim üçün Aİ-yə namizəd statusunun əldə edilməsi ən düzgün və arzuolunan variantdır. Və bunun hansı proses çərçivəsində həyata keçirilməsi vacibdir. Çox şeyi Avropa standartlarına uyğunlaşdırmaq lazımdır”, - Simonyan bildirib.
Onun sözlərinə görə, Ermənistan başqa bir sistemə - Avrasiya İqtisadi İttifaqına (Aİİ) cəlb edilənə qədər həmişə Avropa İttifaqına gedən yolda olub.
Qeyd edək ki, Simonyan bundan əvvəl jurnalistlərə Ermənistanın hazırda Aİ-yə daxil olmaq üçün ərizə vermək məsələsini müzakirə etmədiyini bidirmiş, ölkənin Aİ-yə namizəd statusu üçün müraciət etməzdən əvvəl Avropa standartlarına cavab vermək üçün çox iş görməli olduğunu qeyd etmişdi.