Ermənistan ilk dəfə Aİ parlament rəhbərlərinin görüşündə iştirak edəcək


Ermənistan ilk dəfə olaraq gələn ayın ortalarında İspaniyada keçiriləcək Aİ parlamentləri rəhbərlərinin görüşündə iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
“Postsovet ölkələrinin heç biri, hətta Aİ-yə namizəd ölkələr belə dəvət almayıb. İş baxımından da qarşılıqlı əlaqələr yüksək səviyyədədir”, - Simonyan bildirib.
Spiker qeyd edib ki, Ermənistan və erməni xalqı Avropa dəyərləri və demokratiya sistemini bölüşür və bu anlayış həm ölkədə, həm də xarici tərəfdaşlar arasında mövcuddur.
Xatırladaq ki, bundan əvvəl Avropa Parlamenti Ermənistana ittifaq üzvlüyünə namizəd statusunun verilməsi imkanının nəzərdən keçirilməsini tələb edən qətnamə qəbul edib. Sənəddə qeyd olunur ki, əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və sabit islahatlar yolunu davam etdirsə, demokratiyasını gücləndirsə, o zaman bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top