“Qəzzada xəstəxanaların üçdə ikisi fəaliyyət göstərmir” – BMT


Qəzza zolağındakı 36 xəstəxanadan ən azı 24-ü fəaliyyət göstərmir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin hesabatında qeyd edilib.
“Martın 27-nə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, Qəzzada 36 xəstəxanadan 24-ü fəaliyyət göstərmir. Bu xəstəxanalardan 2-si minimal səviyyədə, 10-u isə qismən fəaliyyət göstərir. Qismən fəaliyyət göstərən xəstəxanalardan 4-ü şimalda, 6-sı isə cənubda yerləşir”, - deyə hesabatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top