Bayden bu dəfə Baltimorda uçan körpüdə mövcud olmayan dəmir yolundan danışdı


ABŞ Prezidenti Co Bayden bu dəfə Merilend ştatının Baltimor şəhərində martın 26-da uçan körpünün üzərindəki mövcud olmayan dəmir yolundan danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, Ağ Evdəki çıxışında bildirib.  
“Təxminən saat 01:30 (Bakı vaxtı ilə saat 09:30) radələrində konteyner gəmisi Delaverdən qatar və avtomobillə dəfələrlə keçdiyim “Frensis Skott Ki” körpüsünə çırpıldı”, - Bayden deyib.
Noyabrda keçiriləcək prezident seçkilərində Baydenin böyük ehtimalla əsas rəqibi olacaq Respublikaçı Donald Trampın seçki qərargahı isə qeyd edib ki, bu körpüdə heç vaxt dəmir yolu olmayıb.
“Bayden yenə səhv edir və iddia edir ki, o, dəfələrlə qatar və avtomobillə “Frensis Skott Ki” körpüsündən keçib. “Frensis Skott Ki” körpüsündə qatar relsləri yoxdur”, - Trampın seçki qərargahı “X” sosial şəbəkə səhifəsində bildirib.

DİGƏR XƏBƏRLƏR

Top