“Ermənistan son vaxtlar katibliyin işində iştirak etmir” – KTMT baş katibi


“Ermənistan son vaxtlar katibliyin işində iştirak etməyib, lakin təşkilatdan çıxmaq barədə bildiriş göndərməyib”.
Yeniavaz.com
“Kommersant”a istinadla xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov “Milli Müdafiə” jurnalına müsahibəsində bildirib.
KTMT-nin baş katibi eyni zamanda yeni ölkələrin təşkilata üzv ola biləcəyini də istisna etməyib.
“Yerevan həqiqətən də bu yaxınlarda KTMT katibliyinin işində iştirak etməyib. Ermənistan rəsmilərinin qeyd olunan bəyanatlarına gəlincə, qeyd edim ki, katibliyə İrəvandan KTMT üzvlüyünün dayandırılması ilə bağlı heç bir rəsmi açıqlama daxil olmayıb”, - təşkilatın baş katibi bildirib.
O, həmçinin bildirib ki, katiblik mütəmadi olaraq İrəvandakı müvafiq strukturları qəbul edilən qərarlar barədə məlumatlandırır.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan bu ilin fevral ayında Ermənistanın KTMT-də iştirakının dondurulduğunu bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top