“Rusiyanın NATO ilə müharibə edəcəyi ilə bağlı bəyanatlar cəfəngiyyatdır” – Putin


Rusiya Prezidenti Vladimir Putin Rusiyanın NATO ilə müharibə planlaşdırması barədə deyilənləri cəfəngiyyat adlandırıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, o, bu fikri hərbi pilotlarla söhbəti zamanı deyib.
“2022-ci ildə ABŞ müdafiə xərclərinə 811 milyard dollar xərcləyib, Rusiya isə 72 milyard dollar. 72 və 811 - fərq göz qabağındadır, 10 dəfədən çox. ABŞ-nin müdafiə xərcləri qlobal müdafiə xərclərinin təxminən 40 faizini təşkil edir, Rusiyanın müdafiə xərcləri isə 3,5 faizini. Belə çıxır ki, biz bu fərqlə NATO ilə müharibə edəcəyik? Bu, sadəcə olaraq cəfəngiyyatdır!” - Rusiya lideri bildirib.
Putin həmçinin, əlavə edib ki, Rusiya NATO sərhədlərinə doğru hərəkət etmir.
Putin Rusiaynın Ukraynadan sonra Avropaya hücum edəcəyi barədə deyilənlərin də cəfəngiyyat olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top