“Türkiyə müsəlmanların müqəddəs Ramazan ayında Qəzza zolağında dərhal atəşkəs haqqında BMT Təhlükəsizlik Şurasının qətnaməsinin yerinə yetirilməsi üçün səy göstərəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın cənub-şərqindəki Batman şəhərində martın 31-nə təyin edilmiş yerli seçkilər ərəfəsində keçirilən mitinqdə bildirib.
Ərdoğan bildirib ki, onlar BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qərarını alqışlayır:
“Bu qətnamənin həyata keçirilməsi üçün mümkün olan hər şeyi edəcəyik və Qəzzadəki qardaşlarımız üçün ən qısa zamanda sülh və əmin-amanlığın təmin edilməsi üçün lazımi səyləri göstərəcəyik. BMT-də qəbul edilən qərara əməl etməsi üçün Qərbin ərköyün övladı olan İsrailə təzyiqi artırmaq lazımdır”.