
“Rusiya Azərbaycan və Ermənistanı maksimum təmkinli olmağa, aqressiv ritorikadan çəkinməyə, bütün ərazi mübahisələrini və qarşılıqlı iddiaları müstəsna olaraq siyasi və diplomatik kanallar vasitəsilə həll etməyə çağırır”.
Yeniavaz.com xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu kimi məsələlər, o cümlədən anklavların qaytarılması və mübadiləsi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir. Biz öz tərəfimizdən Rusiyada mövcud olan unikal kartoqrafik materialları və təcrübəni nəzərə alaraq bu işə maksimum köməklik göstərməyə hazırıq”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, oxşar prinsiplər Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının bloklanmasına da aiddir.
O xatırladıb ki, 2023-cü ildə keçirilən son görüşdə tərəflər regionda nəqliyyat və iqtisadi marşrutların bağlanması üçün hərtərəfli, qarşılıqlı faydalı qərar qəbul etməyə yaxın idilər.