“Ukrayna mart ayında Qərbdən rekord məbləğdə 9 milyard dollar yardım alacağını gözləyir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Vergilər Komitəsinin rəhbəri Daniil Getmantsev teleqram kanalında bildirib.
O qeyd edib ki, Dünya Bankı Ukraynaya əlavə 1,5 milyard dollar güzəştli kredit ayırmağa qərar verib:
“Birinci rübdə Ukrayna 10,2 milyard dollar əlavə xarici maliyyə alacaq, o cümlədən mart ayında rekord 9 milyard dollar. Vəsaitin böyük hissəsi - 4,88 milyard dollar Avropa İttifaqının yardım fondundan gələcək”.
Onun sözlərinə görə, aprel-may aylarında gözlənilən gəlirlərə əsasən, ölkənin birinci yarımillik üçün xarici büdcənin maliyyələşdirilməsinə olan ehtiyacın böyük hissəsinin ödənilməsinə zəmanət verəcək.