Ağalarovlar “Crocus”dakı terror aktının qurbanlarına 100 milyon rubl ayırdı


Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fondu “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində zərər çəkənlərə yardım kampaniyası başladıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fondun yaydığı məlumatda deyilir.
Bildirilir ki, ilk olaraq “Crocus Group”un sahibi Araz Ağalarov və oğlu, iş adamı və musiqiçi Emin ianə edib:
““Crocus Group” şirkəti və Müslüm Maqomayev Fondu “Crocus City Hall”da baş vermiş dəhşətli terror aktının qurbanlarına yardım göstərəcək. Ümumilikdə 100 milyon rubl (1 835 620 manat - red.) məbləğində ilk ianə “Crocus Group”un prezidenti Araz Ağalarov və onun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin tərəfindən edilib”, - nəşr yazır.
Qeyd olunur ki, xərclənmiş bütün vəsaitlər haqqında hesabat fondun internet saytında dərc olunacaq. Artıq şirkətin tərəfdaşları, Ağalarovlar ailəsinin dostları və konsert zalının səhnəsində çıxış edən sənətçilər öz töhfələrini vermək istəyini bildiriblər.
Xatırladaq ki, martın 22-də Bakı vaxtı ilə axşam saat 9 radələrində Rusiyanın payraxtı Moskvada yerləşən “Crocus City Hall”da terror aktı baş verib. Simfonik orkestrin iştirakı ilə “Piknik” qrupunun konsertinə 10 dəqiqə qalmış əllərində silah olan kamuflyajlı naməlum şəxslər binaya soxularaq ziyarətçilərə atəş açıblar. Son məlumata görə, 140 nəfər hücumun qurbanı olub, 360 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top