
İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları başlayandan bəri 32,5 minə yaxın fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, ötən ilin oktyabrından bəri İsrailin Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 32 min 490 nəfər olub, ən azı 74 min 889 nəfər yaralanıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində anklavda 76 nəfər ölüb, daha 102 nəfər isə yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz